Türkiyə  Bağdaddakı bombalı hücumu qınayıb

İraqın paytaxtı Bağdadda dünən həyata keçirilən bombalı hücum nəticəsində 23 nəfər ölüb.

695671
Türkiyə  Bağdaddakı bombalı hücumu qınayıb

Məlumata görə bombalı hücum, Bağdadın cənubundakı əl-Amil səmtində ticarət mərkəzlərinin iştirak etdiyi bir sahədə törədilib. 45 nəfərin də yaralandığı bildirilən hücuma görə məsuliyyəti hələ üzərinə götürən olmayıb.

Türkiyə, Bağdadda törədilən bombalı hücumu şiddətlə qınadığını bildirib. Xarici İşlər Nazirliyindən verilən açıqlamada: mənfur hücumu şiddətlə qınayır, bütün İraq xalqına başsağlığı, yaralılara təcili şəfa diləyirik” deyilib.



Әlaqәli Xәbәrlәr