“Türkiyə, Rusiyanın partnyorudur”: A.Puşkov
Rusiya Federasiya Şurası İnformasiya Siyasəti Komissiyası Başçısı Aleksey Puşkov, Moskvanın Yaxın Şərqdə əhəmiyyətli qlobal aktyor olduğunu bildirib.
Rusiya Federasiya Şurası İnformasiya Siyasəti Komissiyası Başçısı Aleksey Puşkov, Rus televiziya kanalına verdiyi müsahibədə, Moskvanın Yaxın Şərqdə əhəmiyyətli qlobal aktyor olduğunu ifadə edərək, prezident Rəcəb Tayyib Ərdoğanın, ölkəsinə səfəri çərçivəsində səmərəli danışıqlar edildiyini xatırladıb.
Görüş zamanı iqtisadi sanksiyaların mərhələli olaraq qaldırılması, iş viza rejiminin ləğv edilməsi kimi mövzuların təhlil edildiyini ifadə edən Puşkov, Ərdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında güçlü dostluq əlaqələrinin olduğunu vurğulayıb və Türkiyənin Suriyanın şimalında kürd dövlətinin yaranmasını istəmədiyini xatırladıb. Bu mövzunun da Putin ilə görüş zamanı müzakirə edildiyini bildirib.
Türkiyə ilə nəhəng layihələr həyata keçirilməsinin əhəmiyyətinə diqqət çəkən Aleksey Puşkov, Yaxın Şərqdəki layihələrin iki ölkənin siyasi və iqtisadi baxımdan regional gücünə töhvə verəcəyini, bu səbəblə Türkiyə ilə əlaqələri irəli pillələrə qardırmağın lazım gəldiyini sözlərinə əlavə edib.
Әlaqәli Xәbәrlәr
İraqdakı Kor-Mor təbii qaz yatağı hədəf alınıb, ölən və yaralananlar var
Hücumdan sonra Kor-Mor təbii qaz yatağında yanğın baş verib.