İraqda kütləvi məzar yeri aşkarlandı

Kütləvi məzar yərindəki cəsədlərin terror təşkilatı DEAŞ mənsublarının qətlə yetirdiyi dinc vətəndaşlar olduğu bildirilib.

689871
İraqda kütləvi məzar yeri aşkarlandı

İraq ordusunun Mosulu terror təşkilatı DEAŞ-dan təmizləmək üçün başlatdığı əməliyyat çərçivəsində qısa müddət əvvəl DEAŞ-dan geri alınan Baduş həbsxanası yaxınlığında 500 nəfərə yaxın insanın cəsədinin olduğu kütləvi məzar yeri aşkarlanıb.

Baduş kəndi isə Mosulun təqribən 15 km şimal-qərbində yerləşir.

Kütləvi məzar yərindəki cəsədlərin terror təşkilatı DEAŞ mənsublarının qətlə yetirdiyi dinc vətəndaşlar olduğu bildirilib.

Ancaq, açıqlama hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

İraq ordusu  martın 8-də Baduş həbsxanasına nəzarəti ələ keçirmişdi.

Ordu tərəfindən verilən bəyanatda həbsxanada terror təşkilatı DEAŞ-ın həsb etdiyi hər hansı birinin olub olmadığı bildirilməmişdi.

Terror təşkilatı DEAŞ-ın 2014-cü ildə həbsxananı ələ keçirməsindən sonra 600-ə yaxıh məhkumu öldürdüyü iddia edilmiş, bu iddialar damərkəz qərargahı Nyu-Yorkda olan İnsan Haqları Müşahidə Təşkilatının hazırladığı hesabatda da yer tutmuşdu.

Bu arada İraqın Mosul şəhərini terror təşkilatı DEAŞ-dan xilas etmək üçün oktyabrın 17-da İraq ordusunun başlatdığı, ABŞ-ın rəhbərliyindəki koalisiya qüvvələrinin dəstəklədiyi əməliyyat davam edir.



Әlaqәli Xәbәrlәr