Məhəmməd Alluş: “Cenevrə  danışıqlarına qatılmaya bilərik”

Suriya Hərbi Müxalifət Heyətinin rəhbəri Məhəmməd Alluş, Astana danışıqlarında səsləndirdikləri tələblərinin yerinə yetirilməməsi halında 20 Fevralda Cenevrədə keçirilməsi nəzərdə tutana görüşlərə qatılmayacaqlarını bildirib.

666252
Məhəmməd Alluş: “Cenevrə  danışıqlarına qatılmaya bilərik”

Məhəmməd Alluş verdiyi açıqlamada: 23 Yanvarda baş tutan Astana toplantısından sonra, atəşkəs şərtlərimizi bildirdik və zəmanətçi ölkələr bu barədə lazımlı vədlər verdilər. Barada Vadisinə və Qutaya daxil olunmayacağı və heç bir müxalif qrupa hücum təşkil edilməyəcəyinə dair zəmanət verildi” deyə vurğulayıb.

Ötən həftə cümə günü Ankarada Türk və Rus səlahiyyətlilərlə görüşdüklərini xatırladan Alluş, Suriyada cərəyan edən bütün proseslər haqda tərəflərə ətraflı məlumat təqdim etdiklərini bildirib.

Suriya ilə əlaqədar konkret qərarlar qəbul edilməsini istədiklərini ifadə edən Alluş: Rusların tələblərimizə əməl etmələri halında biz də danışıqlara davam edəcəyik. Əks halda dialoq danışıqlarına son qoyarıq. Cenevrə danışıqlarına qatılmağımız üçün xüsusilə 3 şərt yerinə yetirilməlidir. Bunlar atəşkəsin təmin edilməsi, məhbusların azadlığa  buraxılmaları, Əsəd qüvvələrinin mühasirə altındakı bölgələrdən ayrılmalarıdır. Zəmanətçi ölkələrin himayəsində imzalanan razılaşmalara riayət edilmədiyi müddətcə, dünyanın harasında baş tutarsa tutsun, danışıqlardan nəticə hasil olmayacaq. Əsəd rejimi imzalanan müqavvilələrə sadiq qalmır. Hətta zəmanətçisi Rusiyaya belə verdiyi sözləri yerinə yetirmir deyib.



Әlaqәli Xәbәrlәr