DEAŞ dinc əhalidən canlı qalxan kimi istifadə edir

Hər gün yüzlərlə dinc vətəndaş DEAŞ-ın qəsəbədəki təzyiqinə görə qaçır.

665729
DEAŞ dinc əhalidən canlı qalxan kimi istifadə edir

Suriyanın Hələb şəhərinin şimal-şərqində yerləşən və terror təşkilatı DEAŞ-ın nəzarətindəki Bab qəsəbəsindən qaçan yüzlərlə dinc vətəndaş müxalifətin nəzarətindəki bölgələrə üz tutur.

Yerli mənbələrdən əldə edilən məlumata əsasən, hər gün yüzlərlə dinc vətəndaş DEAŞ-ın qəsəbədəki təzyiqinə görə qaçır.

Hələbin Azəz bölgəsinə gələn vətəndaşlar buralarda müxalifətə məxsus nəzarət məntəqələrində yoxlanılır.

Babı üç istiqamətdən mühasirəyə salan Azad Suriya Ordusu dəstələri toqquşmalardan təsirlənməmələri üçün dinc vətəndaşları təhlükəsiz bölgələrə, Azəzdəki düşərgələrə istiqamətləndirir.

DEAŞ-ın nəzarətindəki Babdan qaçan Rami İbrahim Anadolu xəbər agentliyinə açıqlama verərək, təşkilatın qəsəbədə dinc əhalidən canlı qalxan kimi istifadə etdiyini bildirib.

Rami İbrahim deyib ki, DEAŞ-ın qərargahları  mülki yaşayış məntəqələrinin içindədir. Xalq da DEAŞ-ın təzyiqindən təngə gəlib.  Təşkilatın Babda bir-birinə irtibatlı xeyli sayda tuneli var. DEAŞ qəsəbədə sadəcə üzvləri ilə maraqlanır, dinc vətəndaşlarla əlaqə saxlanmır.

İbrahim terror təşkilatı üzvlərinə yaxalanmamaq üçün qəsəbəni gecə tərk etdiklərini və müəyyən yerlərə piyada getmək məcburiyyətində olduqlarını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr