Çavuşoğlu Yunanıstan nazirinə sərt cavab verdi

"Müdafiə naziri ağlını başına yığsın"

664838
Çavuşoğlu Yunanıstan nazirinə sərt cavab verdi

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kardak qayalıqları yaxınlığına hərbi vertolyotdan çiçək atan Yunanıstan Müdafiə nazirinə sərt cavab verib. Çavuşoğlu Türkiyə hava və su sahəsini pozan Yunanıstanın bu hərəkətini təhrik adlandırıb və "Müdafiə naziri ağlını başına yığsın" deyib. Amma Yunanıstan Sahil Təhlükəsizlik qayıqları yenə Kardak qayalıqlarına yaxınlaşmağa cəhd edib.

  Yunanıstan tərəfindən Kardak qayalıqları üzərində təhriklər get-gedə artır. Kardaka yan alan Yunanıstan Sahil Təhlükəsizlik qayıqları Türkiyənin sularına yaxınlaşıb. Yunanıstan Müdafiə naziri Panos Kammenos da hərbi vertolyotla Türkiyə hava sahəsini pozaraq üstəlik Kardak yaxınlarına çələng atıb. Radikal sağçı, Müstəqil Yunanlar Partiyasının lideri Kammenos Kardaklara iki mil məsafədə yerləşən İstanköy adasında da havadan endirmə komandalarının hərbi təlimini izləyib. 

  Yunanıstan Sahil Təhlükəsizlik qayıqlarının Kardaka yaxınlaşmağa bu cəhdi Egey dənizində gərginliyi artırıb. Türkiyə Sahil Təhlükəsizlik Qüvvələri Yunanıstan qayıqlarını bölgədən çıxarıb.

  Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu hadisələrə münasibət bildirərək: "Yunanıstan nə vaxtdır ki, belə təhrikedici hərəkətlər edir. Amma biz qonşumuzla gərginlik olmasın deyə ağıllı davranırıq", - deyib. Eyni zamanda, Çavuşoğlu Afinanın gərginliyi artırdığına işarə edərək bu sözləri əlavə edib: “Kardak mövzusunu fürsət bilərək vəziyyəti gərginləşdirirlər. Yunanıstan Müdafiə naziri ağlını başına yığsın. Təmkinli davranmağımızdan sui istifadə etməsinlər. Əks halda, lazım olan cavabı verə bilirik".



Әlaqәli Xәbәrlәr