‘‘Fәrat Qalxanı’’ әmәliyyatının 163-cü günündә DEAŞ-ın 51 üzvü mәhv edilib

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatının  163-cü günündә  terror tәşkilatı DEAŞ-ın 51 üzvü mәhv edilib.

663933

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah Rәisliyindәn verilәn mәlumata görә,  DEAŞ başda olmaqla  terror tәşkilatlarının yaratdığı tәhdidi dәf etmәk, sərhəd təhlükəsizliyini güclәndirmәk  və koalisiya qüvvələrinə dəstək vermək üçün Suriyanın şimalında avqustun 24-dә başlanılan әmәliyyat davam edir.

Mәlumata görә, әmәliyyatın 163-cü  günündә terror tәşkilatı DEAŞ-ın 244  hәdәfi vurulub.

Türkiyә Hәrbi Hava Qüvvələri Komandanlığı tərəfindən Bzagah, Tadif, Kabbasin vә  Əl Bab-da terror təşkilatı DEAŞ-ın hәdәflәrinә qarşı hava әmәliyyatı keçirilib.

Әmәliyyat nәticәsindә DEAŞ-ın istifadә etdiyi  83 bina dağıdılıb, 10 minalanmış avtomobil, 2 silah-sursat anbarı vә iri çaplı slahı mәhv edilib.

Etiketlәr: #DEAŞ , #Suriya

Әlaqәli Xәbәrlәr