“İndi xalqlar arasında divarhörmə zamanı deyil”, H.Ruhani

Paytaxt Tehranda turizm sərgisində çıxış edən İran prezidenti Həsən Ruhani Ağ Evə ünvanlanaraq deyib.

660912
“İndi xalqlar arasında divarhörmə zamanı deyil”, H.Ruhani

  Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Meksika sərhədinə divar hörmə yolunu açan sərəncamı imzalaması İran rəhbərliyində də əks-səda yaradıb.

  Paytaxt Tehranda turizm sərgisində çıxış edən İran prezidenti Həsən Ruhani Ağ Evə ünvanlanaraq deyib: "İndi xalqlar arasında divarhörmə zamanı deyil... Berlin divarı belə söküldü… Bu cür tədbirlər hər zaman əks-reaksiya doğurur və divarlar əvvəl-axır yıxılır.”

  Vaşinqton rəhbərliyinin immiqrantlarla bağlı yeni tədbirlər planı və nüvə müqaviləsinə də toxunan Ruhani, eyni zamanda, "açıq qapı" siyasətinin etibarlı olduğunu deyib.



Әlaqәli Xәbәrlәr