“Türk tərəfinin çağırışına qarşı tərəf müsbət yanaşmadı”

Baş nazirin müavini Toğrul Türkeş müzakirələrdə Türk əhali sayının 220 min olaraq qəbul edilməsinə reaksiya göstərib.

659275
“Türk tərəfinin çağırışına qarşı tərəf müsbət yanaşmadı”

Baş nazirin müavini Toğrul Türkeş  Kıbrıs müzakirələrində Türk tərəfinin “4 sahədəki azadlıq mövzusunda bərabərlik” çağırışına Rum tərəfinin müsbət yanaşmadığını söyləyib.

Türkeş İqtisadiyyat və Sosial Araşdırmalar Mərkəzində “Qıbrıs Milli Məsələmiz” mövzulu konfransda etdiyi çıxışda Türkiyənin 4 maddədən ibarət tələbini xatırladaraq deyib ki, biz Kıbrısda daimi və ədalətli sülh olsun istəyirik. Müzakirələr zamanı da bunu dilə gətiririk. Rum icması isə buna müsbət yanaşmır. Türk tərəfi yenə də müsbət addımlar atılacağını dair düşüncəsini mühafizə edir.

Baş nazirin müavini Toğrul Türkeş müzakirələrdə Türk əhali sayının 220 min olaraq qəbul edilməsinə reaksiya göstərərək deyib ki, mənim özüm də Kıbrıs vətəndaşıyam, ancaq 220 min nəfər Kıbrısda yaşamır. Əhali sayı Rum tərəfində 805 min, Türk tərəfində isə 220 min olaraq dəğərləndirilir. Bu səhvdir. Türk tərəfinin əhali sayı 300 mindən artıqdır. 220 min əhali sayına mən də uşağım da daxil edilmir. Ölən var, yeni doğulan var, Rum tərəfi onları da saymaq istəmir. Belə bir razılaşma ola bilərmi?

Türkeş Kıbrıs Türklərinin İngiltərə, Kanada və Avstraliyada da yaşadığını bildirib və İngiltərədəki Kıbrıs Türklərinin  təsbit edilməsi üçün fəaliyyət aparılmağa başlandığını da söyləyib.



Әlaqәli Xәbәrlәr