‘‘Fәrat Qalxanı’’ әmәliyyatının 155-ci günündә 180 DEAŞ hәdәfi vurulub

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatının  155-ci  günündә  terror tәşkilatı DEAŞ-ın 17 üzvü mәhv edilib.

658714

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah Rәisliyindәn verilәn mәlumata görә,  DEAŞ başda olmaqla  terror tәşkilatlarının yaratdığı tәhdidi dәf etmәk, sərhəd təhlükəsizliyini güclәndirmәk  və koalisiya qüvvələrinə dəstək vermək üçün Suriyanın şimalında avqustun 24-dә başlanılan әmәliyyat davam edir.

Әmәliyyat çәrçivәsindә terror tәşkilatının 180 hәdәfi vurulub, hәmçinin tәşkilata aid müdafiә mövqelәri ilә silah- sursatları mәhv edilib.

Türkiyә Hәrbi Hava Qüvvələri Komandanlığı tərəfindən  Əl Bab-da terror təşkilatı DEAŞ-ın istifadә etdiyi  bir bina dağıdılıb.

Әmәliyyat nәticәsindә 30 әdәd әldә hazırlanmış xüsusi partlayıcı  mәhv edilib.

Әlaqәli Xәbәrlәr