Türkiyəyə ixrac edilən qazın qiyməti 13,3 faiz endirildi

Türkiyəyə ixrac edilən qazın qiymətinin 13,3 faiz endirim edilməsi barədə qərar qəbul edildi.

658307
Türkiyəyə ixrac edilən qazın qiyməti 13,3 faiz endirildi

İranın neft nazirinin müavini və Milli Qaz şirkətinin müdiri Həmid Rza İraqi İran əleyhinə müraciət etdiyi Beynəlxalq Arbitraj Məhkəməsində haqlı olduğu qəbul edilən Türkiyəyə ixrac edilən qazın qiymətini 13,3 faiz endirim edilməsi barədə qərar alındığını bildirib.

Yarı rəsmi İran Tələbə xəbər agentliyinin (İSNA) xəbərinə görə, paytaxt Tehranda mətbuat konfransı təşkil edən İraqi Beynəlxalq Arbitraj Məhkəməsi qərarına əsasən Tehranın Ankaraya 1,9 milyard dollar da təzminat ödəyəcəyini söyləyib.

Türkiyə İran əleyhinə qaz qiymətinin bahalı olduğu səbəbi ilə 2012-ci ildə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdi.

Beynəlxalq Arbitraj Məhkəməsi İranın Türkiyəyə ixrac etdiyi qaz qiymətlərində 2011-ci ildən bəridir 10-15 faiz endirim etməsi və təzminat ödəməsi barədə qərara gəlmişdi.



Әlaqәli Xәbәrlәr