İrandan, Türkiyəyə əməkdaşlıq haqqında çağırış

12 Yanvarda, prezident Rəcəb Tayyib Ərdoğana telefon edən İran prezidenti Həsən Ruhani, terrora qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq etmək istədiklərini bildirib.

650901
İrandan, Türkiyəyə əməkdaşlıq haqqında çağırış

İranın prezident aparatından verilən məlumata görə iki lider arasında baş tutan telefon danışığı zamanı bölgədə cərəyan edən proseslər təhlil edilib.

Suriyada atəşkəsin bərpasını yüksək qiymətləndirdiklərini ifadə edən İran dövlət başçısı Ruhani atəşkəsin daimi olması üçün bütün tərəflərin səy etmələrinin lazım gəldiyini, Ankara, Moskva və Tehran arasında güçlü əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə töhvə verəcəyinə inandığını vurğulayıb.

Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulan Suriya danışıqlarına da toxunan Ruhani, Türkiyə və İranın əməkdaşlığı ilə Suriya və bölgədə sabitliyin bərpa edilə biləcəyinə inandığını, əsas hədəfin bütün terror təşkilatlarına qarşı mübarizə olduğunu qeyd edib.

Prezident Ərdoğan da, İranın sabiq dövlət başçısı Haşimi Rəfsəncaninin ölümü səbəbindən İran milləti və dövlətinə başsağlığı verib. Rəfsəncaninın Ankara-Tehran əlaqələrinin güclənməsində böyük rolu olan lider olduğunu vurğulayıb. İki ölkə əməkdaşlıq edərək bölgədəki terror qruplaşmalarının kökünü kəsməlidir  deyən   Ruhani, Türkiyə və İranın, bölgədə böyük məsuliyyətlrə  sahib  iki  dövlət  olduğunu, Suriyada bərpa edilən atəşkəsin daimi olması üçün bütün tərəflərin öz   öhdəliklərinǝ   ǝmǝl   etmǝlǝrinin  vacibliyini  qeyd  edib.

 



Әlaqәli Xәbәrlәr