“Rusiya görüşdə mütəxəssis səviyyəsində təmsil olunacaq”, D.Peskov

Peskov təşkil etdiyi mətbuat konfransında Astana görüşləri ilə əlaqəli hazırlıq işlərinin intensiv  davam etdiyini  bildirib.

648427
“Rusiya görüşdə mütəxəssis səviyyəsində təmsil olunacaq”, D.Peskov

Rusiya Federasiyası prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ölkəsinin Suriya ilə bağlı Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan görüşdə mütəxəssis səviyyəsində təmsil olunacağını açıqlayıb.

Peskov təşkil etdiyi mətbuat konfransında Astana görüşləri ilə əlaqəli hazırlıq işlərinin intensiv  davam etdiyini  bildirib.

Astana görüşlərinin nə qədər davam edəcəyinin hələ məlum olmadığını ifadə edən Peskov hal-hazırda başqa məlumat verə bilməyəcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyə və Rusiyanın başçılığında dekabrın 29-da Suriyada toqquşan tərəflər arasında atəşkəs təmin edilməsinə dair razılaşma imzalanmışdı. Proses uğurlu olacağı təqdirdə rejim və müxalifət nümayəndələri yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada siyasi danışıqları başladacaqlar.

 



Әlaqәli Xәbәrlәr