Neft quyularını söndürmə niyə yavaş gedir?

DAEŞ-in atəşə verdiyi neft quyularını söndürmə işlərinin yavaş getməsinin səbəbi

647720
Neft quyularını söndürmə niyə yavaş gedir?

  İraqın Mosul şəhərinin cənubundakı Kayyara bölgəsində terror təşkilatı DAEŞ-in atəşə verdiyi 25 neft quyusundan 16-ında yanğın söndürülüb.

  Kayyarada digər quyulardakı yanğınların söndürülməsi üçün də işlər davam edir. Amma DAEŞ-in atəşə verdiyi neft quyularını söndürmə işlərinin yavaş getməsinin səbəbi terror təşkilatının bölgəyə döşədiyi minaların təmizlənməsi əməliyyatı ilə bağlıdır.  

  Qeyd edək ki, DAEŞ 2014-cü ilin iyun ayından bu yana ələ keçirdiyi Kayyarada keçən ilin avqustunda da neft quyularını atəşə vermişdi.



Әlaqәli Xәbәrlәr