Kıbrıs məsələsi ilə əlaqəli müzakirələr Cenevrədə iki gündür davam edir

İsveçrədə BMT-nin Cenevrə ofisində keçirilən Kıbrıs müzakirələri ikinci gündə də öz işini davam etdirib.

648305
Kıbrıs məsələsi ilə əlaqəli müzakirələr Cenevrədə iki gündür davam edir

İsveçrədə BMT-nin Cenevrə ofisində keçirilən Kıbrıs müzakirələri ikinci gündə də öz işini davam etdirib.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis ilk hissədə hakimiyyət və gücün bölüşülməsi mövzusunu müzakirə edir. 

Türk tərəfinin siyasi bərabərliyi imtina edilməyəcək bir fakt kimi gördüyü qərarlarda təsirli iştirak etmə məsələsi də müzakirə ediləcək əsaslar arasındadır.

Həmin mövzularda irəliləyiş olacağı təqdirdə torpaq  mövzusu gündəmə salınacaq.

Dünya Bankının rəsmiləri də həll yolunun maliyyə məsələsindəki müzakirələrdə iştirak etmək üçün Cenevrəyə gedəcək.

Qeyd edək ki, ötən gün tərəflər iki başlıqla yanaşı təhlükəsizlik və zəmanət məsələlərində fikir mübadiləsi apardı.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da Yunanıstanın baş naziri Aleksis Çipras ilə telefonla danışaraq prosesi dəyərləndirdi.

Digər tərəfdən BMT baş katibinin Kıbrıs məsələsi üzrə nümayəndəsi Espen Barth Eide müzakirə prosesinə dəstək olmaq üçün Cenevrədə olan siyasi partiyaların nümayəndələri ilə şam yeməyində bir araya gəlib. Yeməyin müsbət atmosferdə keçdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr