İsraildə hücumu törədənin şəxsiyyəti məlum olub

B.Netanyahu: “ Bütün əlamətlər hadisəni törədən quldurun DEAŞ tərəfdarı olduğunu göstərir”.

647100
İsraildə hücumu törədənin şəxsiyyəti məlum olub

İsrail Baş naziri Benjamin Netanyahu, Şərqi Qüdsün cənubundakı Yəhudi yaşayış məskənlərinin yaxınlığında yük maşını ilə törədilən hadisə ilə bağlı araşdırmalar nəticəsində cinayətkarın səxşiyyətinin məlum olduğunu və bütün əlamətlər onun DEAŞ tərəfdarı olduğunu göstərdiyini qeyd edib. İsrail polisi də, cinayətkarın Cəbəl Mukabberda qaldığını və 28 yaşında olduğu, hadisədən sonra həyata keçirilən əməliyyat nəticəsində 9 nəfərin tutulduğunu bildirib.

Digər tərəfdən İsrail Parlamenti (Knesset), Şərqi Qüdsdə törədilən və 4 İsrail əsgərinin ölümünə 15 nəfərin yaralanmasına səbəb olan hücumdan sonra güçlü qərarlar qəbul edib.



Әlaqәli Xәbәrlәr