Evsiz insanlar boş məzarlarda

İranın paytaxtı Tehranda  evsiz insanlar  qışın  soyuq gecələrini əvvəldən qazılan boş məzarlarda keçirirlər.

644274
Evsiz insanlar boş məzarlarda

İranın paytaxtı Tehranda  evsiz insanlar  qışın  soyuq gecələrini əvvəldən qazılan boş məzarlarda keçirirlər.

Tehranın Şəhrvənd qəzeti  aralarında qadın və uşaqların da olduğu onlarla evsiz insanın Tehranın cənubundakı Nasirabad qəbiristanlığında sabahladığını yazır.

Bələdiyyənin qazdığı boş məzarlarda yaşayan bu insanlar, bir neçə gündür bölgədə təsirli olan yağışdan qorunmaq üçün məzar üstünü neylon materiallarla bağlayaraq ədyal ilə isinirlər. 

Hadisənin mətbuata əks etməsindən sonra İran prezidenti Ruhani "Dünyada yoxsulluqdan körpü altında yatan insan eşitmişdik,  ancaq məzar içində yatanı görməmişdik .  Bu məsələ ilə maraqlananda utandım,qəhrimdən  boğazım düyünləndi."deyib.


Etiketlәr: #evsiz insanlar

Әlaqәli Xәbәrlәr