Bağdadda terror aktı törədilib

İraqın paytaxtı Bağdadda bomba ilə təchiz edilmiş avtomobil Sədr məhəlləsindəki meydanda partladılıb.

642309
Bağdadda terror aktı törədilib

İraqın paytaxt Bağdadın şərqində, şiələrin sıx yaşadıqları Sədr məhəlləsində törədilən terror aktı nəticəsində ilk məlumatlara görə 10 nəfər həyatını itirib. 35 nəfər də bədən xəsarəti alıb.

Polis və səhiyyə işçilərinin məlumatına görə, bomba ilə təchiz edilmiş avtomobil Sədr məhəlləsindəki meydanda partladılıb.

Hücuma görə məsuliyyəti hələ də üzərinə götürən olmayıb. Ancaq terror təşkilatı DEAŞ-ın Bağdadda dinç sakinlərə istiqamətli bənzər hücumları həyata keçirdiyi qeyd edilir.

Əl-Anbar Vilayətində isə, DEAŞ mənsubu terroristlər tərəfindən həyata keçirilən hücumda, İraq ordusuna mənsub 4 əsgər həyatını itirib, 5 əsgər də yaralanıb.



Әlaqәli Xәbәrlәr