Suriyada atəşkəs bugün gecə radələrində qüvvəyə minəcək

Türkiyə Suriyada atəşkəsin bugün gecə radələrində qüvvəyə minəcəyini açıqlayıb.

640329
Suriyada atəşkəs bugün gecə radələrində qüvvəyə minəcək

Türkiyə Suriyada atəşkəsin bugün gecə radələrində qüvvəyə minəcəyini açıqlayıb.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Suriyada toqquşan tərəflər arasında ölkə miqyasında dekabrın 30-u saat 00.00-dan tutmuş atəşkəs qərarının qüvvəyə mindirilməsi barədə razılıq əldə edilib.

Açıqlamada Suriyada qəbul edilən atəşkəslə əlaqəli razılıq barədə qeyd edilib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi qəbul edilən qruplar bu razılaşmadan kənardadır. Bu nizamlamaya Türkiyə və Rusiya Federasiyası qarant sifəti ilə dəstək verməkdədir.

Rusiya Federasiyası prezidenti Vladimir Putin də Suriya hökuməti ilə müxalifətin atəşkəs razılaşması imzalandığını açıqlayıb.

Xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoygu ilə görüş keçirən Putin Deməşq rejimi ilə müxalifət arasında üç sənət imzalandığını bildirib.

Putin qeyd edib ki, ilk sənəd Suriya torpaqlarında atəşkəs razılaşması ilə əlaqəlidir. İkinci sənəd atəşkəs rejiminə nazərətlə bağlı tədbirlər barədədir. Üçüncü sənəd isə Suriyada həll yolu üçün sülh danışıqlarının başladılmasına dair bildirişdir.



Әlaqәli Xәbәrlәr