İranda QİÇŞ-ə tutulanların sayı 33 minə çatıb

İranın səhiyyə nazirinin müavini Əli Əkbər Səyyarinin məlumatına görə İranda QİÇŞ xəstəliyinə tutulan şəxslərdən 8 mindən çoxu həyatını itirib. Xəstəliyə yolxumuş 18 min nəfərin müalicəsi davam edir.

637913
İranda QİÇŞ-ə tutulanların sayı 33 minə çatıb

Nazir müavini Səyyari bildirib ki, QİÇS-ə tutulmağa gətirib çıxaran son virus son 15 ildə geniş yayılıb. Xəstəliyin cinsi təmas yolu ilə  yoluxma sürətində ilin ilk yarısında 43% artım qeydə alınıb. Bu əhəmiyyətli təhlükənin əlamətidir.

Nazir müavini Səyyarinin sözlərinə görə Hormozqan şəhəri QİÇŞ baxımından ən təhlükəli və riskli şəhərdir. Bu şəhərdə xəstəliyə yoluxan qadınların sayı kişilərə  müqayisədə  daha çoxdur.

Qeyd edək ki, dünyada qeydə alınmış 78 milyon QİÇS-ə tutulmuş xəstələrdən 35 milyonu həyatını itirib.



Әlaqәli Xәbәrlәr