Tərəflər yanvarın 9-da Cenevrədə bir araya gələcək

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Rum icmasının lideri Nikos Anastasiadis Kıbrıs məsələsinə BMT-nin nəzarətindəki ara bölgədə bir araya gəlib.

636155
Tərəflər yanvarın 9-da Cenevrədə bir araya gələcək

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Rum icmasının lideri Nikos Anastasiadis Kıbrıs məsələsinə BMT-nin nəzarətindəki ara bölgədə bir araya gəlib.

Görüş BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barth Eidenin ev sahibliyində keçirilib.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı görüşdən sonra verdiyi açıqlamada deyib ki, Kıbrısda ehtimal olunan həll yolundan sonra adanın ətrafındakı təbii sərvətlərin İsrailin təbii qazı ilə də birləşdirilərək Türkiyə üzərindən istər Türkiyənin ehtiyaclarının, istərsə Avropanın ehtiyaclarının ödənilməsində istifadə edilməsi ən məntiqli, ən ucuz və ən qısa yoldur.

Aralıq dənizindəki təbii qaz sərvətlərinin sadəcə bir icmaya aid olmayan, ortaq sərvət olduğuna diqqət çəkən Akıncı bildirib ki, bu məsələ bir gərginlik mənbəyi olmamalıdır. Əksinə əməkdaşlıq sahəsi kimi istifadə edilə biləcəyinə inanıram. Yaxın tarixdə hər hansı qazıntı fəaliyyətinin olmasını gözləmirəm. Qarşıda ciddi bir konfrans prosesi var. Bu məsələnin belə bir zamanda problem yaratmasını gözləmirik.

Kıbrıs müzakirələrində tərəflərin təhlükəsizlik və zamin ölkə mövzusunda fərqli mövqelərinin sirr olmadığını ifadə edən Akıncı onu da qeyd edib ki, əgər bir tərəf “sıfır zəmanət sıfır əsgər” düşüncəsini axıradək davam etdirsə bir nəticə əldə edilə bilməz. Bir tərəf isə “Zəmanətlər məsələsi toxunulmazdır” ifadəsilə çıxış etsə vəziyyət çox fərqli olmayacaqdır.  Bu şərtlərdə tolerantlıqla addımlar atılmalı, məntiqli, qəbul edilə biləcək proses tətbiq edilməlidir.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı yanvarın 9-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək konfransa getmədən  həm müzakirəçilər həm də liderlər səviyyəsində toplantıların davam ətdiyini bildirərək, liderlərin yanvarın 4-də yığıncaq keçirəcəyini, vacib olsa yanvarın 9-dan əvvəl də daha bir liderlər toplantısı keçirilə biləcəyini söyləyib.

Qeyd edək ki, tərəflər dekabrın 1-də qəbul etdiyi qərarla Cenevrədə yanvarın 9-da bir araya gəlmə, 11-də öz xəritələrini təqdim etmə və 12 yanvarda isə zamin ölkələrin iştirak edəcəyi beynəlxalq konfransda görüş keçirilməsi barədə razılıq əldə etmişdi.



Әlaqәli Xәbәrlәr