"Hələbdəki vəziyyət müharibənin başa çatdığı mənasını daşımır", C.Kirbi

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Suriyanın Hələb şəhərindəki prosesin müharibənin başa çatdığı mənasını daşımadığını söyləyib.

636151

Kirbi Əsəd ordusu və rejim tərəfdarı xarici terrorçuların Hələbə nəzarəti tamamilə ələ keçirməsi ilə əlaqəli açıqlama verərək deyib ki, Hələbdəki proseslər müharibənin bitdiyi mənasını verməz. Müxaliflər döyüşməyə davam edəcək, radikal qrupların Suriya ilə əlaqəsi də eləcə. Həmin çərçivədə qaçqınların sayı artacaq.

Suriyada hər hansı bir diplomatik həllin əldə edilmədiyini vurğulayan Kirbi qeyd edib ki, toqquşmaların bitəcəyinə dair hər hansı işarə görmədik. Beynəlxalq ictimaiyyət də Hələbdəki prosesləri toqquşmaları sona çatdıracaq bir addım olaraq dəyərləndirmədi.

Әlaqәli Xәbәrlәr