İdlibə çatan hələblilər Türkiyəyə və Ərdoğana təşəkkür etdilər

İdlibə aparılan min 150 hələblidən Əli Salim əvvəl Allaha, sonra da Türkiyəyə və Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

631511
İdlibə çatan hələblilər Türkiyəyə və Ərdoğana təşəkkür etdilər

Suriyada rejim qüvvələri və İranın komandasındakı şiə milislərin mühasirəsindəki şərqi Hələbdən təxliyyə edilərək müxalifətin nəzarətindəki İdlibə çatan hələblilər Türkiyəyə və Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

İdlibə aparılan min 150 hələblidən Əli Salim əvvəl Allaha, sonra da Türkiyəyə və Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Türkiyənin azad Suriya xalqı ilə həmrəy olan yeganə ölkə olduğunu bildirən Əli Salim deyib ki, mübarizəmizdə bir çox ölkə tərəfindən yalnız buraxıldıq və xəyanətə məruz qaldıq. Ərəb ölkələrinin liderləri bizi ölümə tərk etdi, öz hakimiyyətləri üçün bizi satdılar. Ümid varam ki, yenidən evlərimizə qayıdacağıq, təxliyyə olduğumuz üçün kədərlənmirik, axırda geri qayıdılacaq. Bütün dünya Hələbə qarşı hərb elan etməkdə həmfikir oldu. ABŞ belə gizli savaşdı. Heç kəs bizim yanımızda olmadı, sadəcə Allah və Rəcəb Tayyib Ərdoğanla Türkiyə yanımızda idi.

Karvanla birlikdə İdlibə çatan əlil Əhməd Saleh də hələblilərin əmin-amanlıq içində təxliyyə edilməsində böyük rol götürən Türkiyəyə təşəkkür edib.

Ərəb ölkələrinin liderlərinə müraciət edən Salim deyib ki, uşaqlarımızın başı kəsildi, öldürüldü. Qadınlarımız ağlayır, evlərimiz yerlə-yeksan ədildi. Onlara bizim başımıza gələnin heç kəsin başına gəlmədiyini xatırlatmaq istəyirəm.



Әlaqәli Xәbәrlәr