Sergey Lavrov Hələbdəki hərbi əməliyyatlara ara verildiyini bildirdi

Lavrov Almaniyanın Hamburq şəhərində keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 23-cü Nazirlər Şurasının iclası çərçivəsində jurnalistlərə müsahibə verdi.

626797
Sergey Lavrov Hələbdəki hərbi əməliyyatlara ara verildiyini bildirdi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov  Suriya rejiminin vətəndaşların təxliyyə olunması üçün Hələbdəki hərbi əməliyyatlara ara verdiyini açıqladı.
 
 Lavrov Almaniyanın Hamburq şəhərində keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 23-cü  iclası çərçivəsində jurnalistlərə müsahibə verdi.
 
 Rusiyanın Xarici İşlər naziri vətəndaşların təxliyyə olunması üçün Hələbin şərq hissəsindəki əməliyyatlara ara verildiyini bildirdi.
 
 Lavrov: " Hələbin şərqindən çıxmaq istəyən vətəndaşların təxliyyəsi üçün yeni və bu müddət ərzində ən böyük olan əməliyyat başlanılıb. Təxminən 8 min nəfərlik konvoy ayrılıb. Bu marşrutu 5 kilometr olan böyük bir əməliyyatdır" dedi.
 
 Lavrov Qərb ölkələrinin Hələbdəki humanitar böhranın həll olunması üçün konkret bir addım təklif etmədiyini iddia etdi.
 
 Sergey Lavrov Rusiyanın Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasının qərarı əsasında Suriyadakı terrorçularla sona qədər döyüşməyə davam edəcəyini qeyd edib.
 
 Lavrov  Rusiya və ABŞ hərbi ekspertlərinin Hələbdəki vəziyyəti müzakirə etmək məqsədilə şənbə günü Cenevrədə görüşəcəklərini bildirdi.



Әlaqәli Xәbәrlәr