Mosul ilin axırınadək tamamilə xilas edilə bilər

İraqın Mosul şəhərində DEAŞ-a qarşı mübarizə davam etdirilir.

620118
Mosul ilin axırınadək tamamilə xilas edilə bilər

İraqın Baş naziri Heydər əl-İbadi Mosulun terror təşkilatı DEAŞ-dan xilas olunması əməliyyatında planlaşdırılandan daha sürətli irəliləyiş olduğunu, şəhərin ilin axarınadək tamamilə xilas edilə biləcəyini söyləyib.

Bu arada İraqın Mosul şəhərində DEAŞ-a qarşı mübarizə davam etdirilir.

İndiyədək əməliyyatda min DEAŞ terrorçusunun öldürüldüyü açıqlanıb.

BMT İnsan Haqları Ali Komissarlığı nümayəndəsi Ravina Şamdasani DEAŞ-ın dinc əhaliyə qarşı zorakılığının davam etdiyinə diqqət çəkib.

Şamdasani Mosulun şimalında dinc əhalidən 27 nəfərin ya məlumat ötürdüyü yaxud qaçmağa cəhd göstərdiyi üçün öldürüldüyünü açıqlayıb.

Mosulun terror təşkilatı DEAŞ-dan xilas edilməsi üçün İraq Ordu birlikləri, Peşmerge qüvvələri və ümumilikdə Başika düşərgəsində Türk əsgərlərinin təlim keçdiyi Ninova Mücahidləri 17 oktyabr tarixində əməliyyat başladıb.



Әlaqәli Xәbәrlәr