İki gündə 3 min nəfər evini tərk etmək məcburiyyətində qaldı

İraqda Mosulu terror təşkilatı DEAŞ-dan xilas etmək məqsədiylə başladılan əməlliyat səbəbiylə son iki gün içərisində 3 mindən çox dinç sakin evlərini tərk edib.

619132
İki gündə 3 min nəfər evini tərk etmək məcburiyyətində qaldı

İraq qırmızı aypara cəmiyyətinin məlumatına görə köçə məcbur edilənlər Mosulun cənubundakı Ced və şərqindəki Həsən Şam çadır düşərgələrində yerləşdiriliblər.

Qeyd edək ki, Həsən Şam və Hazır düşərgələrində 6 min 770 ailədən ibarət, 35 min 600 nəfər yaşarkən, Mosulun cənubunda yerləşən Kayyara qəsəbəsindəki Ced düşərgəsindən 600 ailə isə terror təşkilatı DEAŞ-ın nəzarətindən xilas edilən bölgələrdəki evlərinə qayıdıb.

Xatırladaq ki, Mosulun terror təşkilatı DEAŞ-dan təmizlənməsi üçün, İraq Ordu birləşmələri, Peşmərgə qüvvələri və Başikadak Türkiyə hərbçilərinin nəzarətində təlim keçən Ninova Mücahidləri 17 oktyabrda əməliyyat başladmışdı.



Әlaqәli Xәbәrlәr