İranda iki qatarın toqquşması nəticəsində  həyatını itirənlərin sayı  31 nəfərə  çatıb

İranın Semnan əyalət  rǝhbǝrinin   mǝlumatına  görə qəza nəticəsində 7 vaqon yanıb, meyitlər də yandığından ölənlərin kimliyini müəyyənləşdirmək çətinləşib.

617814
İranda iki qatarın toqquşması nəticəsində  həyatını itirənlərin sayı  31 nəfərə  çatıb

Bəzi xəbər qaynaqları isə ölənlərin sayının artıq 40 nəfərə çatdığını yazıb.

Qəzada xəsarət alanların sayının isə 70  olduğu   ancaq  bunun  arta  biləcəyi qeyd  olunur. 

İranın yol və şəhərsalma naziri Abbas Axundi Türkmənistana bu gün nəzərdə tutulan səfərini hadisə səbəbindən təxirə salıb və qəza yerinə yollanıb.

 

 



Әlaqәli Xәbәrlәr