Əl Babda 3 ǝsgǝrimiz şǝhid olub

Suriyanın Əl Bab şǝhǝri ǝtrafında 3 əsgərimiz şəhid olub, 10 əsgər də yaralanıb.

616868
Əl Babda 3 ǝsgǝrimiz şǝhid olub

Mǝlumata görǝ, vertolyot və təcili tibbi yardım maşınları ilǝ Qaziantep və Kilis şǝhǝrlǝrindǝki xəstəxanalarda yerlǝşdirilǝn yaralı ǝsgǝrlǝrdǝn birinin vǝziyyǝti ağırdır.

Baş qərargah rǝisiliyi, Türk ǝsgǝrlǝrininin hǝdǝf götürüldüyü hücumun rejim qüvvǝlǝri tərəfindən hǝyata keçirildiyini bildirib.

Fǝrat Qalkanı Hərəkatı çǝrçivǝsindǝ Əl Bab, Kabbasin, Bzagah və Arimah bölgələrinə endirilǝn aviahücumlarda isə terror tǝşkilatı DEAŞ-a mǝxsus 14 hədəf mǝhv edilib.

Baş nazir Binali Yıldırım, Milli Müdafiə naziri Fikri İşık və Baş qərargah rǝisi General Hulusi Akara  telefon  edǝrǝk    mǝlumat  alıb. 

 



Әlaqәli Xәbәrlәr