İraq ordusu Mosulun bәzi bölgələrini nәzarәtinә keçirib

Bu barәdә Mosul әmәliyyatının komandirlәrindәn Әbdulәmir Rәşid Yaralah  mәlumat verib.

609155
İraq ordusu  Mosulun bәzi  bölgələrini  nәzarәtinә keçirib

Rәşid Yaralah  tәhlükәsizlik qüvvәlәrinin Mosulun şimalında yerlәşәn Tel Yara  kәndini nәzarәtinә keçirdiyini, Əl-İntisar, Cedide әl-Mufti, Hay әş-Şeyma, Əs-Salam, Әl-Urubciyyә, Әl-Kadisiyye, Aden  və Әl-Bikr məhəllələrində irəlilədiyini bildirib.

Mosul Əməliyyatları Komandanlığının rәsmisi Əhməd el-Cuburi isə  tәhlükәsizlik qüvvәlәrinin  Mosulun Әl-Kadisiyye əs-Saniyə mәhәllәsinin böyük hissәsinin terrorçulardan tәmizlәndiyini bildirib.

Cuburi  əməliyyat çәrçivәsindә  4 bomba yüklü  avtomobil vә  3 motosikletin mәhv edildiyini dә qeyd edib.



Әlaqәli Xәbәrlәr