“İsrail bölgǝdǝki ǝn önǝmli ortağımızdır”: Medvedev

Rusiya baş naziri Dmitriy Medvedev, beynəlxalq terrora parşı mübarizə üçün İsrailə koordinasiyalı addım  atmağı tǝklif edib.

608430
“İsrail bölgǝdǝki ǝn önǝmli ortağımızdır”: Medvedev

Rusiya Baş naziri Medvedev, Orta şərqǝ sǝfǝri çǝrçivǝsindǝ getdiyi Qüdsdǝ İsrail Baş naziri Binyamin Netanyahu ilə bir araya gǝlib. Baş nazir Medvedev, İqtisadiyyat ilǝ ǝlaqǝli mövzuların müzakirǝ edildiyi görüşdǝ İsrailin, Rusiyanın bölgədəki ǝn önǝmli ortaqlarından biri olduğunu qeyd edib. Terrora qarşı mübarizənin əhəmiyyətinǝ toxunan Medvedev, başda terror tǝşkilatı DEAŞ olmaqla terrorun kökünü kǝsmǝk məcburiyyətində olduqlarını vurğulayıb. Terrorun ortaq mǝsǝlǝ olduğunu vǝ bu problemin aradan qaldırılması üçün dǝ İsrail ilǝ ǝmǝkdaşlığa zǝrurǝt olduğunu bildirib.

Medvedev, Amerika Birləşmiş Ştatlarının yeni rəhbərliyi ilǝ  ǝlaqǝli olaraq: qarşı tərəfin yaxşı niyyətlǝ yaxınlaşması halında iki ölkə arasındakı 'kədərli səhifələri' bağlamaqda hazırıq”.

İsrail Baş naziri Netanyahu da, İsrailin Yaxın Şərqdə iki əhəmiyyətli vəzifəsinin olduğunu, bunlardan birincisi İranın nüvə silahlara sahib olma sǝylǝrinin qarşısını almaq, ikincisi isǝ İranın Suriyadakı hərbi avtoritetinin güclǝnmǝsinǝ maneǝ törǝtmǝk   olduğunu  qeyd  edib.  

Rusiya vǝ  İsrail   Baş  nazirlǝri görüş  zamanı   iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq edilmǝsini nəzərdə tutan 4 müqavilə imzayıblar.

Rusiya baş naziri Medvedev bölgǝyǝ sǝfǝri çǝrçivǝsindǝ Fələstinə də keçərək Dövlət Başçısı Mahmud Abbas görüşǝcǝk.



Әlaqәli Xәbәrlәr