‘‘Fәrat Qalxanı’’ әmәliyyatı әzmlә davam edir

Suriyanın şimalının terror tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyәnin liderliyilә  başlanılan ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә  müxalifәt qüvvәlәrinin 2 hәrbçisi şәhid olub, 26-sı da yaralanıb.

607115
‘‘Fәrat Qalxanı’’ әmәliyyatı әzmlә davam edir

Әmәliyyatın 78-ci günündә terror tәşkilatı DEAŞ-a aid 90 vә PKK/PYD-yә aid  5 hәdәfә atәş açılıb, terrorçulara  aid sığınacaqlar, silahlar vә avtomobillәr mәhv edilib.

Müxalifәt qüvvәlәri  Rainin cənubunda yerləşən Numan,  Susanbat, Tall Curji, Şabiran, Tarhin, Tubacık, Şandide böyük ölçüdə nəzarəti  təmin edib.

Terror təşkilatı DEAŞ-a  aid bomba yüklü bir avtomobil  Tall Curji bölgəsində məhv edilib.

Koalisiya qüvvələri  Maşibayn və Tubacık bölgəsində terror tәşkilatı DEAŞ-a  ağır zәrbәlәr endirib, nәticәdә  6 terrorçu vә tәşkilata aid  iri çaplı silah-sursat mәhv edilib.



Әlaqәli Xәbәrlәr