İdlibdə hava hücumunda 7-si uşaq olmaqla 9 nəfər həyatını itirdi

Suriyanın İdlib şəhərində yaşayış məntəqələrinə yönəldilmiş hava hücumunda 7-si uşaq olmaqla 9 nəfər həyatını itirib.

606434
İdlibdə  hava hücumunda 7-si uşaq olmaqla 9 nəfər həyatını itirdi

Suriyanın İdlib şəhərində yaşayış məntəqələrinə yönəldilmiş hava hücumunda 7-si uşaq olmaqla 9 nəfər həyatını itirib.

Həlak olanlar arasında biri hamilə iki qadının da olduğu bildirilib.

Mülki müdafiə rəsmisi Ömər Ulvan Bəşər Əsəd rejiminə məxsus qırıcıların İdlibin Xan Şeyxun qəsəbəsində mülki hədəflərə yönəldilmiş hücumunda dinc əhalidən onlarla insanın da yaralandığını bildirilb.

“Rejim və rus döyüş təyyarələri Binniş qəsəbəsində də yaşayış məntəqəsini hədəf götürdü”-deyə bildirən Ulvan bu hücumlarda da dinc əhalidən yaralanan insanlar olduğunu açıqlayıb.

Yaralıların bölgədəki səhra xəstəxanasında müalicə edildiyini bildirən Ulvan hücumlarda xeyli sayda binaya da ziyan dəydiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr