İraq qüvvələri Hammam Əl Alil qəsəbəsini DEAŞ-dan azad etməyə çalışır

Qəsəbənin cənub və qərbində yerləşən bəzi bölgələr DEAŞ-dan təmizlənib.

604244
İraq qüvvələri Hammam Əl Alil qəsəbəsini DEAŞ-dan azad etməyə çalışır

İraq qüvvələri Mosulun cənubundakı Hammam Əl Alil qəsəbəsini terror təşkilatı DEAŞ-dan azad etməyə çalışır.
 
 Qəsəbənin cənub və qərbində yerləşən bəzi bölgələr DEAŞ-dan təmizlənib.
 
 İraq qüvvələri Hammam Əl Alilin cənubundakı Cüheyne, Cuhuni və Əs-Salahiyye kəndləri ilə qərbdəki Ət-Təllal bölgəsini ələ keçiriblər.
 
 Təllal bölgəsinin DEAŞ snayperləri tərəfindən istifadə edildiyi və buradan qəsəbənin mərkəzinə uzanan tunellərin olduğu bildirilir.
 
 120 ailə qəsəbədən Mosulun cənubunda yerləşən Əl-Kayyara bölgəsinə köçürülüb.
 
 İraq qüvvələri Hammam  Əl Alilin mərkəzinə girməyə hazırlaşır.
 
 Hammam Əl Alil Mosul şəhər mərkəzinə təxminən 30 kilometr məsafədə yerləşir.
 
 



Әlaqәli Xәbәrlәr