Bu məktəblərdə iraqlı müəllimlər işləyəcək

Müxtəlif şəhərlərdəki FETÖ-yə aid 9 məktəbin Təhsil Nazirliyinə bağlanması prosesi başladılıb.

601716
Bu məktəblərdə iraqlı müəllimlər işləyəcək

İraqda Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinə (FETÖ/PDY) məxsus məktəblər Təhsil Nazirliyinin tərkibinə daxil edilərək bu qurumlarda iraqlı müəllimlər vəzifələndiriləcək.

Müxtəlif şəhərlərdəki FETÖ-yə aid 9 məktəbin Təhsil Nazirliyinə bağlanması prosesi başladılıb.

İraqlı rəsmilər Təhsil Nazirliyinin təyin edəcəyi müəllimlər və fənnlərlə əlaqəli olaraq Türkiyənin Bağdad Səfirliyi ilə koordinasiya və məsləhətləşmə prosesini davam etdirir.

Türkiyənin Bağdad səfiri Faruq Kaymakçı FETÖ məktəbləri ilə əlaqəli olaraq 2 ildən artıq bir zamandır davam edən təşəbbüslərdən nəticə əldə edilməyə başlanıldığını söyləyib.

Milli Təhsil Nazirliyi ilə İraq Təhsil Nazirliyi və Türkiyə Maarif Vəqfinin fəaliyyətləri tamamlamaq məqsədilə qarşılıqlı səfərlərinin nəzərə alındığını bildirən səfir Türkiyənin təhsil daxil olmaqla hər sahədə İraqı dəstəkləməkdə davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr