Əməliyyatlarda 40 terrorçu zərərsizləşdirilib

Qırıcı təyyarələr Mosulun şimalındakı Əş-Şura bölgəsinə təşkil etdiyi hücumlarda 5 motosiklet və üzərinə silah yerləşdirilmiş 4 maşını məhv edib.

598984
Əməliyyatlarda 40 terrorçu zərərsizləşdirilib

İraqın Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Mosulun şimalındakı Əş-Şura bölgəsinə təşkil etdiyi hücumlarda 5 motosiklet və üzərinə silah yerləşdirilmiş 4 maşını da məhv edib.

Bu arada prezident Fuad Məsum paytaxt Bağdaddakı Ortaq Əməliyyatlar Komandirliyi qərargahında müdafiə naziri və ordunun yüksək səviyyəli komandirləri ilə Mosul əməliyyatını müzakirə etmək məqsədi ilə bir araya gəlib.

Prezident görüşdən sonra dövlət televiziyasında yayımlanan açıqlamalarında DEAŞ-a qarşı davam etdirilən əməliyyatlarda, xüsusilə də Mosulu xilas etmə əməliyyatının gedişatı haqqında məlumat aldığını söyləyib.

Prezident Məsum bildirib ki, mülki əhalini və DEAŞ cəhənnəmindən qaçanları qorumaq, bizim və silahlı qüvvələrimizin üstünlük verdiyi mövzudur.

Mosulun terror təşkilatı DEAŞ-dan təmizlənməsi üçün İraq Ordu birlikləri, Peşmerge qüvvələri və ümumilikdə Başika düşərgəsində Türkiyə əsgərlərinin təlim keçdiyi Ninova mücahidləri 17 oktyabrda əməliyyat başlatmışdı.



Әlaqәli Xәbәrlәr