Bağdadda həyata keçirilən bombalı hücumlarda 8 nəfər həyatını itirib

İraqın paytaxtı Bağdadın 5 ayrı bölgəsində həyata keçirilən bombalı hücumlarda 8 nəfər həyatını itirib.

598571
Bağdadda həyata keçirilən bombalı hücumlarda 8 nəfər həyatını itirib

İraqın paytaxtı Bağdadın 5 ayrı bölgəsində həyata keçirilən bombalı hücumlarda 8 nəfər həyatını itirib.

Bağdadın Tarimiyyə və Median qəsəbələri ilə Əs-Süleyh,Əl-İbadi və Əl-Əmin bölgələrinə edilən hücumlarda 36 nəfər yaralanıb.

Hücumların məsuliyyətini hələ də üzərinə götürən olmayıb. Terror təşkilatı DEAŞ-ın Bağdadda deyilə bilər ki, hər gün bomba yerləşdirilmiş maşın və intihar hücumları ilə qanlı terror aktları törətdiyi isə məlumdur.

İraqlı rəsmilər gələcək ildən əvvəl terror təşkilatı DEAŞ-ın ölkə səviyyəsində məğlub ediləcəyini, ancaq 17 oktyabrda Mosulu xilas etmə əməliyyatının da başlaması ilə təşkilatın bu prosesdə hücumlarını artıra biləcəyi xəbərdarlığını edir.



Әlaqәli Xәbәrlәr