Türklərin məqsədi yeni koalisiyada da ortaq olmaqdır

Makedoniya Respublikası 11 dekabrda erkən parlament seçkisinə gedir. Partiyalar var-gücüylə bu seçkiyə hazırlaşır.

596217
Türklərin məqsədi yeni koalisiyada da ortaq olmaqdır

  Makedoniyada keçən il baş verən “telequlaq qalmaqalı”nın yol açdığı siyasi böhran, bütün cəhdlərə baxmayaraq, sovuşmadı. Qalmaqalda adı keçən siyasətçilərin ölkə prezidenti Yorgi İvanov tərəfindən əfv edilməsi gərginliyi daha da artırdı, paytaxt Skopye böyük etiraz nümayişlərinə səhnə oldu. Ölkədə həll yolu yenidən seçki qutusuna getməkdə tapıldı.

  Makedoniyada təxminən 150 min türk yaşayır. Onların Məclisdəki nümayəndəsi Türk Demokrat Partiyasıdır ki, 8 ildir fasiləsiz iqtidar ortağıdır. Hədəf bu sabitliyin davam etdirilməsidir. Mövcud hüquqların qoruna bilməsi üçün türklərin yüksək səviyyədə iştirakı böyük əhəmiyyət daşıyır.



Әlaqәli Xәbәrlәr