Naxçıvan-Təbriz-Məşhəd dəmiryol xətti açılacaq

Bu dəmiryolu xəttinin istifadəyə verilməsi İran-Azərbaycan əlaqələrinin genişləndirilməsinə xidmət edəcək.

596875
Naxçıvan-Təbriz-Məşhəd dəmiryol xətti açılacaq

"Report"un xəbərinə əsasən, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İRİB-ə müsahibəsində bildirib ki, bu dəmiryolu xəttinin istifadəyə verilməsi İran-Azərbaycan əlaqələrinin genişləndirilməsinə xidmət edəcək: "Ümidvarıq ki, belə işlərin görülməsi nəticəsində iki ölkə arasında münasibətlər və mübadilələr günü-gündən genişlənəcək".

Qeyd edək ki, bu yolun çəkilməsi layihəsi cari ilin aprelində İran və Azərbaycan Respublikasının dəmiryolu rəsmilərinin Təbrizdə keçirilən birgə ekspert iclasında yekunlaşdırılıb. Layihədə məqsəd qarşılıqlı münasibətlərin inkişafı və turizm sahəsində şəraiti asanlaşdırmaqdır.



Әlaqәli Xәbәrlәr