Mosulda nələr baş verir?

Mosulun cənubundakı kənd sakinləri aclıq üzündən evlərini tərk edir. Bazar günü onlarla adam İraq Ordusunun Kayyarada olan nəzarət məntəqəsinə üz tutub.

596204
Mosulda nələr baş verir?

  Mosul əməliyyatında 50-ə yaxın yaşayış yerində nəzarət təmin edildi. 400 kvadrat kilometrdən çox ərazi DAEŞ-dən təmizləndi. Əməliyyatda təxminən 300-dən çox terrorçu öldürüldü. 20 bomba yüklü maşın və 45 bomba məhv edildi.

  İraq Ordusundan isə itkilərlə bağlı hələ hər hansı bir məlumat yoxdur.

  Mosulda nələr baş verir?

  Ninova üzrə millət vəkili İntisar Əl-Cuburi Mosulda DAEŞ-lə döyüşməyi qəbul etməyən 200-dən çox vətəndaşın terrorçular tərəfindən son bir neçə gün içərisində öldürüldüyünü bildirib.

  Mosulun cənubundakı kənd sakinləri aclıq üzündən evlərini tərk edir. Bazar günü onlarla adam İraq Ordusunun Kayyarada olan nəzarət məntəqəsinə üz tutub.  

  Birləşmiş Millətlər Təşkilatı Mosul əməliyyatı başlanandan bu yana 5 mindən çox insanın yerindən-yurdundan didərgin düşdüyünə və humanitar yardıma ehtiyacları olduğuna diqqət çəkib.

  Bölgədə humanitar böhranını aradan qaldırmaq üçün tədbirlər görülür. Türkiyə Qızılayının "Mosul da sənin yurdun" kampaniyası çərçivəsində 20 humanitar yardım maşını İraqa keçib. Yardım Erbildəki düşərgəyə çatdırılacaq.
  Bu arada onu da bildirək ki, İraqın Kərkük şəhərində hücum planlaşdıran kod adı Əbu İslam Ənsari olan DAEŞ terrorçusu tutulub.

 



Әlaqәli Xәbәrlәr