İraqın Kǝrkük şǝhǝrindǝ ardıcıl partlayışlar olub

Terror təşkilatı DEAŞ Kərkük şəhərindǝ təhlükəsizlik qüvvǝlǝrinǝ mǝxsus binalara hücum tǝşkil edib.

593994
İraqın Kǝrkük şǝhǝrindǝ ardıcıl partlayışlar olub

İraqın paytaxtı Bağdadın cənubundakı Ed-Dura bölgəsindǝ yerlǝşǝn Ərǝb Əl-Cubur kəndində hərbi patrul avtomobilinin keçişi əsnasında baş verǝn partlayışda 2 əsgər hǝyatını itirib, 4-ü yaralanıb. Hücuma görǝ mǝsuliyyǝti hǝlǝ dǝ üzǝrinǝ götürǝn olmayıb.

Şimali İraqda isǝ, terror təşkilatı DEAŞ Kərkük şəhərindǝ təhlükəsizlik qüvvǝlǝrinǝ mǝxsus binalara hücum tǝşkil edib.

Mǝlumata görǝ Kərkükdəki DEAŞ üzvü terroristlərin gecə saatlarında yüngül silahlar, qumbaralar və RPG-lǝrlǝ 5 fǝrqli mǝhǝllǝdǝ hǝyata keçirdiklǝri hücumlardan sonra şǝhǝrdǝ qadağa saatı elan edilib.



Әlaqәli Xәbәrlәr