Ankaradan Bağdada təcili səfər gerçəkləşdi

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçının rəhbərliyi altında rəsmi heyət İraqa danışıqlara getdi.

591640
Ankaradan Bağdada təcili səfər gerçəkləşdi

  Türkiyənin Baş nazir müavini Numan Kurtulmuş: "Bağdad hökuməti ilə həm Mosul əməliyyatı, həm də digər vacib məsələlər ayrıntılara qədər müzakirə ediləcək", - dedi.
  Ümid Yalçının başçılıq etdiyi heyət danışıqlarda Başika düşərgəsində Türkiyə hərbçilərinin vəziyyətindən danışdı, görüşlərdə əsgərlərin İraqda qalma müddəti təkrar müzakirə edildi və Türkiyənin Başikadan geri çəkilməyəcəyi vurğulandı.
  Və Mosul əməliyyatı. Bu məsələdə də Türkiyə qırmızı xəttlərini göstərdi, ola biləcək məzhəb toqquşmalarına qarşı xəbərdarlıqlar edildi. Numan Kurtulmuş dedi: "Türkiyənin qırmızı xəttlərindən biri budur: “Mosulun əvvəlki tarazlığını dəyişə biləcək bütün neqativ qüvvələrə qarşıyıq, dünən də, bu gün də. Mosulu zərbə altına qoyanları aradan qaldırmağa yardım edənə (yəni Türkiyəyə) balta vurmaq həll axtarışına son dərəcə zərər verər”.
  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmkarı Con Kerriyə də zəng edərək Mosul əməliyyatı və ayrıntılardan bəhs etdi.



Әlaqәli Xәbәrlәr