Dörd ölkə Suriya böranını müzakirǝ edǝcǝk

Moskva rəhbərliyi, Şənbə günü Türkiyənin dǝ qatılacağı dört tǝrǝfli zirvǝ tǝşkil edilǝcǝyini bildirib. Yığıncaqda Suriya böhranına hǝll yolu tapılması mövzusu müzakirǝ edilǝcǝk.

588490
Dörd ölkə Suriya böranını müzakirǝ edǝcǝk

Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanı Xarici işlǝr nazirlǝri ilǝ 15 oktyabrda isveçrənin Lozanna şəhərində, Suriya böhranını müzakirǝ etmǝk üzrǝ bir araya gǝlǝcǝklǝrini bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən verilǝn açıqlamada yığıncağın, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlǝt katibi John Kerryinin qǝrarına görǝ 15 oktyabrda baş tutacağı qeyd edilib.

Suriya böhranının həlli mövzusunda atılası addımların müzakirǝ edilǝcǝyi yığıncaqda fǝrqli alternativlǝr dǝ tǝhlil edilǝcǝk.

Rusiya Xarici işlǝr naziri Lavrovun sözlǝrinǝ görǝ 15 oktyabrda keçirilmǝsi planlaşdırılan yığıncaqla Rusiya-ABŞ arasında yeni bir dialoq başlaya bilǝr.

ABŞ dövlǝt katibliyinin açıqlamasında isǝ Kerrynin 15 Oktyabrda Lozanna da  tǝşkil  edilǝcǝk  yığıncağa  qatıldıqdan  sonra  16 oktyabrda İngiltərənin paytaxtı Londona  keçǝcǝyi bildirilib.



Әlaqәli Xәbәrlәr