ABŞ atǝşkǝs danışıqlarını dayandırdığını bildirib

Amerika Birləşmiş Ştatları, Rusiya vǝ Suriyada atəşkəs danışıqlarının dondurulduğunu açıqlayıb.

582341
ABŞ atǝşkǝs danışıqlarını dayandırdığını bildirib

ABŞ dövlǝt katibliyinin sözcüsü John Kirby, qǝrarı almalarının asan olmadığını, Rusiya və dəstəklədiyi Əsəd rejiminin bütün xəbərdarlıqlara baxmayaraq dinç sakinlǝrǝ istiqamǝtli hücumlar tǝşkil etmǝkdǝ davam edǝrǝk öhdəliklərinǝ ǝmǝl etmǝdiklǝrini, ölkǝsinin Suriyadakı radikal ünsürlərə istiqamǝtli əməliyyat başlatdığını qeyd edib.

Rusiya Xarici İşlǝr nazirliyinin nümayǝndǝsi Mariya Zaharova da verdiyi açıqlamada Suriyada atəşkəsin bǝrpası ilǝ bağlı ABŞ ilǝ ǝldǝ edilǝn vǝ 9 maddǝdǝn ibarǝt olan razılıq çǝrçivǝsindǝ addım atdıqlarını ifadǝ edǝrǝk, öhdəliklərinǝ ǝmǝl etmǝyǝn tǝrǝfin ABŞ-ın olduğunu vurğulayıb.

Rusiya Xarici işlər naziri  Sergey Lavrov daha əvvəl  verdiyi  açıqlamada, ABŞ ilə imzaladıqları razılaşmanın Vaşinqton rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənlik” sǝbǝbiylǝ dayandırıldığını qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr