ABŞ Rusiyanı günahlandırıb

ABŞ BMT-yə məxsus yardım karvanını hədəf götürən hava hücumunda Rusiyanı günahlandırıb.

574160
ABŞ Rusiyanı günahlandırıb

ABŞ BMT-yə məxsus yardım karvanını hədəf götürən hava hücumunda Rusiyanı günahlandırıb.

ABŞ sentyabrın 19-da Suriyanın Hələb şəhərində dinc əhalidən 20 nəfərin həlakına səbəb olan BMT-yə məxsus yardım karvanını hədəf götürən hava hücumunda Rusiyanı günahlandırıb.

BBC-yə açıqlama verən amerikalı rəsmilər hava hücumunun iki rus qırıcısı tərəfindən edildiyini bildiriblər.

Ağ Evin rəsmisi Ben Rodes hücumun ya Suriya rejimi yaxud da Rusiya rəhbərliyi tərəfindən həyata keçirildiyini vurğulayaraq deyib ki, hər şərtdə bu məkandakı hava hücumlarından Rusiya rəhbərliyi məsuldur.

İngiltərədə dərc olunan “Daily Telegraph” qəzeti isə yüksək səviyyəli koalisiya rəsmilərinin Rusiyanın Suriyada BMT yardım karvanlarının vurulması hadisəsinin birbaşa parçası olduğunu söylədiyini yazıb.

Xəbərə əsasən bu rəsmilər Rusiyanın həftənin axırında beynəlxalq koalisiya qüvvələrinin Deyr Əz-Zurdakı hücumunda Suriya əsgərlərinin öldürülməsinin qisasını almaq üçün Hələbdəki hücuma qatıldığını bildirir. Qəzetə açıqlama verən rəsmilərdən biri əllərindəki məlumatların Rusiyanın bu hücumdaki dəstəyinə işarə etdiyini söyləyib.

Rusiya isə nə özünün nə də Suriya idarəsinin hücumla əlaqəsinin olmadığını, hadisəyə hava əməliyyatının deyil, qurudan açılan atəşin səbəb olduğunu irəli sürür.

Rusiya Müdafiə Nazirliyi “hücumun edildiyi yerdə çuxur olmamasının və karvanın məruz qaldığı təxribatın səviyıəsinin hadisəyə hava hücumunun səbəb olmadığını göstərdiyini” bildirib.

Müdafiə Nazirliyi yardım karvanına edilən hücumla əlaqəli olaraq pilotsuz hava aparatından çəkilən görüntüləri də yayıb.

Kadrlarda  maşınların yanında terrorçulara məxsus silahlı bir maşın olduğunu bildirən Nazirliyin sözcüsü İqor Konaşenkov pilotsuz hava aparatlarının qeyd etdiyi görüntülərdən yeni detallar əldə etdiklərini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də Suriyadakı silahlı qruplara ölkə xaricindən dəstək olanların Hələbə humunitar yardım aparan karvana istiqamətli hücumdan Moskva və Dəməşqi məsul tutma səylərinin qəzəblə qarşılandığını açıqlayıb.

Suriya ordusu tərəfindən verilən açıqlamada da “karvanın Suriya ordusu tərəfindən hədəf götürüldüyü barədəki iddialar tamamilə əsassızdır” ifadəsi işlədilib.

Qeyd edək ki, BMT hadisədən sonra bütün yardım karvanlarının fəaliyyətlərini dayandırmışdı.



Әlaqәli Xәbәrlәr