Azərbaycan və İran arasında təyyarə səfərlərinin sayı artırılacaq

Azərbaycan və İran arasında təyyarə səfərlərinin sayı artırılacağı bildirilib.

573537
Azərbaycan və İran arasında təyyarə səfərlərinin sayı artırılacaq

Azərbaycan və İran arasında təyyarə səfərlərinin sayı artırılacağı bildirilib.

APA-nın xəbərinə əsasən, İran prezidentinin müavini və Mədəni irs, Turizm və Əl işləri sənayesi Təşkilatının sədri Məsud Sultanifər bildirib ki, İran iki ölkə arasında sərnişindaşımanın həcminin artırılması üçün təyyarə səfərlərinin sayının artırılmasını diqqətdə saxlayır.

 "Bizim apardığımız araşdırmalar göstərir ki, İrana səfər etmək istəyən Azərbaycan vətəndaşları bəzi problemlərlə rastlaşır. Onlardan biri sərhəd keçid məntəqəsində sıxlığın olması və vətəndaşların qalması üçün yerlərin məhdud olmasıdır. Hər iki problem aradan qaldırılmalıdır"-deyə Sultanifər vurğulayıb. 

Prezidentin müavini qeyd edib ki, rəsmi Tehran Azərbaycan tərəfinin İran vətəndaşları üçün viza rejimini ləğv edəcəyinə ümid edir. İrana səfər edən Azərbaycan vətəndaşları üçün bütün lazımi şəraitin yaradılması qarşıya məqsəd qoyulub.



Әlaqәli Xәbәrlәr