Rusiya Dövlət Dumasına keçirilən seçkilərin nəticələri

Putinin partiyası gözlənildiyi kimi öz mövqeyini qoruyur.

572595
Rusiya Dövlət Dumasına keçirilən seçkilərin nəticələri

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qalib gəlir.

Mərkəzi Seçki Komissiyası bülletenlərin 80%-nin hesablanmasını başa çatdırıb.

Buna görə Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası 54,28% səs qazanaraq qalib gəlir.

Nəticələrə əsasən “Vahid Rusiya” 54,28%,  Kommunist Partiyası 13,61%, "Liberal-Demokrat" Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb. “Vahid Rusiya” həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.

Qeyd edək ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizəd mübarizə aparıb. Seçkidə səs verən seçicilərin sayının 112 milyon olduğu açıqlanıb. Millət vəkilləri 6 il müddətinə seçilib.

Rusiya Qərbin tətbiq etdiyi sanksiyalar və neftin qiymətinin düşməsi kimi səbəblərlə iqtisadi maliyyə böhranı yaşasa da Putinin partiyası gözlənildiyi kimi öz mövqeyini qoruyur.

Putin rəsmi olmayan ilk nəticədən sonra bunun gözəl bir nəticə olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr