BMT TŞ-nin Suriyada atəşkəsin uzadılması ilə bağlı iclası ləğv edildi

Ləğv qərarına Suriyada atəşkəsin detalları məsələsində ABŞ ilə Rusiyanın daha çox zamana ehtiyacları olduqları əsas göstərildi.

571772
BMT TŞ-nin Suriyada atəşkəsin uzadılması ilə bağlı iclası ləğv edildi
suriye yardım.jpg

Suriyada sentyabrın 12-də qüvvəyə minən 9 günlük atəşkəs qərarından sonra silahlar susdu.
 
Lakin Əsəd rejimi humanitar yardım dəstələrinin bəzi bölgələrə keçidinə icazə vermir.
 
 Birləşmiş Millətlər Təşkilatına aid 40 yardım tırı Suriya-Türkiyə sərhədini keçdikdən sonra hələ də gömrük məntəqəsində saxlanılır.
 
 BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisinin sözçüsü Jens Laerke yardım konvoyunun keçidinə icazə verməyən Əsəd rejiminə reyaksiya verərək bunu əsəbpozucu bir hərəkət olaraq səciyyələndirdi.
 
 Rusiya Müdafiə Nazirliyi atəşkəsin çox kövrək olduğu və müddətinin 72 saat da uzadılması üçün BMT-yə müraciət etdi.
 
Lakin Amerika Birləşmiş Ştatları humanitar yardımın keçidi məsələsi ilə əlaqədar Rusiyaya reaksiya göstərdi.
 
 ABŞ dövlət katibi John Kerry Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə telefonla görüşdü.
 
 Görüşdə Kerry yardım konvoyları bölgəyə çatana qədər Rusiya ilə əməkdaşlıq etməyəcəklərini vurğuladı.
 
 BMT Təhlükəsizlik Şurasının atəşkəsin uzadılması ilə bağlı bu gecə edəcəyi təcili Suriya iclası ləğv edildi.
 
 Ləğv qərarına Suriyada atəşkəsin detalları məsələsində ABŞ ilə Rusiyanın daha çox zamana ehtiyacları olduqları əsas göstərildi.
 
 21 sentyabr çərşənbə günü keçirilə biləcək iclasa ABŞ  dövlət katibinin və Rusiya xarici işlər nazirinin qatılacağı bildirilir.

 Amerika Birləşmiş Ştatları atəşkəs müqaviləsində yer alan Hələbə humanitar yardım edilməsi maddəsi üzərində israr edir.
 
 Rusiya isə ABŞ-ı  mötədil müxalif qrupların Əl Nüsradan ayrılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməklə günahlandırır.
 
 Digər tərəfdən, Amerika Dövlət Departamentinin sözçüsü Mark Toner Suriyada atəşkəsin mükəmməl olmasa da, əksərən davam etdiyini bildirdi.
 
 Gündəlik mətbuat konfransında jurnalistlər Tonerdən Suriyada atəşkəs razılığının detallarının ictimaiyyətə niyə açıqlanmadığı barədə sual verdilər.
 
 Toner razılıqda həssas mövzuların olduğunu və  ictimaiyyətə açıqlandığı təqdirdə mənfi məqsədlər üçün istifadə olunma və ya səhv anlaşılma ehtimalı olduğunu düşündüklərini söylədi.
 
 Toner: "Açıqlamalar bəzi müxaliflərin və mötədil müxalifətin vəziyyətini təhlükəyə ata bilər" bilər dedi.
 
 Bir sıra ölkə ABŞ və Rusiyanın Suriyada atəşkəs barədə əldə etdikləri razılığın detallarının açıqlanmasını istəyir.



Әlaqәli Xәbәrlәr