Yunanıstanda miqrantlar əleyhinə aksiya keçirildi

Əllərində Yunanıstanın bayrağını tutan irqçi nümayişçilər  miqrantlar  əleyhinə marşlar oxudullar.

571319
Yunanıstanda miqrantlar əleyhinə aksiya keçirildi

 Yunanıstanın Saqqız Adasında miqrasiyaya qarşı olanlar 3 min 500 nəfərin qaldığı qaçqın düşərgəsinə yürüş etmək istədilər, polislər mane oldu.
 
 Miqrantların adadan göndərilməsini tələb edən irqçi Qızıl Şəfəq Partiyasının tərəfdarları toplaşaraq şüarlar və alqışlarla miqrant siyasətinə etiraz etdilər.
 
 Əllərində Yunanıstanın bayrağını tutan irqçi nümayişçilər  miqrantlar  əleyhinə marşlar oxudullar.
 
 Sonra onlar qaçaınların məskunlaşdığı düşərgələrə doğru yürüş etmək istədilər. Lakin polislər bunun qarşısını aldılar.
 
 Polis gözyaşardıcı qaz istifadə edərək nümayişçiləri dağıtdı.
 
 Çıxan davada 2 nəfər yaralandı.
 
 İmkanından çox miqrant yerləşdirən digər bir ada -Lesbosda  da qaçqınlar arasında münaqişə oldu, çox sayda insan yaralandı.
 
 Yunan orqanların məlumatlarına görə, ümumi həcminin 7 min 500 olduğu adalarda 13 min miqrant məskunlaşır.
 
 Ölkə daxilində 60 minə yaxın qaçqın və məcburi köçkün var.



Әlaqәli Xәbәrlәr