Yeddi gündən sonra da belə davam edərsə

Suriyada illərdir davam edən insanlıq dramını az da olsun dayandırmaq üçün planlaşdırılan atəşkəs dünən - Qurban Bayramının ilk günündən başladı.

569992
Yeddi gündən sonra da belə davam edərsə

   Atəşkəs ilkin mərhələdə 48 saat davam edəcək.

  Amerika Birləşmiş Ştatları Dövlət katibi Con Kerri Suriyada başlanan atəşkəs barədə bunları deyib: “Suriyada siyasi həlldən başqa bir yol yoxdur. Bu, birləşmiş bir Suriyanı qurtarmaq üçün son şans ola bilər. Atəşkəs ölkə daxilində qarşıdurmaların dayandırılması, humanitar yardımların çatdırılmasını əhatə edir. Yeddi gündən sonra da sakitlik olarsa, Amerika və Rusiya səlahiyyətliləri birlikdə Ortaq Tətbiq Mərkəzi quracaq. Bura qədər addım-addım gəlindi.”

  Suriya hökuməti Qurban bayramında qarşıdurmaların dayandırılmasıyla bağlı Amerika və Rusiya arasında bağlanan atəşkəsin 18 sentyabra qədər bütün ölkədə tətbiq olunacağını elan edib, eyni zamanda, bildirib ki, Suriya ordusu atəşkəsi pozan hər hansı bir tərəfə cavab vermə haqqını da qoruyur.

  Suriya müxalifəti də atəşkəsi qəbul etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr