İraqda onlarla terrorçu məntəqəsi məhv edildi

İraqın şimalındakı Avaşin/Basyan və Kandil bölgələrinə Türkiyə Hava Qüvvələrinə (TSK) məxsus döyüş təyyarələriylə həyata keçirilən hava hərəkatında 13 terrorçu zərərsizləşdirilib

569588
İraqda onlarla terrorçu məntəqəsi məhv edildi

  Baş Qərargahdan verilən məlumata görə, İraqın şimalındakı Avaşin/Basyan ilə Kandil bölgəsində kəşfiyyat xəbərinin izilə Türkiyə Silahlı Qüvvələrinə aid döyüş təyyarələriylə hava hərəkatı təşkil edilib, bölücü terror təşkilatına aid 2 dinamik hədəf hava hücumlarıyla atəşə tutulub. İlkin təspitə görə, 9 terrorçu  zərərsizləşdirilib.

  Yenə Avaşin/Basyan bölgəsində təsbit edilən bir dinamik hədəf, bir silah anbarı havadan atəşə tutularaq məhv edilib və ilkin məlumata görə, 4 terrorçu öldürülüb.

  İraqın Kandil bölgəsində də təsbit edilən bir avtomat anbarı terrorçularıyla birlikdə hava hücumuyla məhv edilib.



Әlaqәli Xәbәrlәr